Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2018
10:15
Türkiyədə Zika virusu yayılıb
Rusiya hökuməti bu ölkəyə səfər edən öz vətəndaşlarına xəbərdarlıq etdi

Rusiyanın İstehlakçı Hüquqlarının Qorunması və Rifahı sahəsində Federal Xidməti («Rospotrebnadzor») Türkiyəyə səfər edən vətəndaşlarına Zika virusu barədə xəbərdarlıq edib. Qurumun məlumatına görə, sözügedən ölkənin bəzi şəhərlərində Zika qızdırmasının daşıyıcıları olan  ağcaqanadlar müəyyənləşib.

Belə ki, Türkiyənin  Səhiyyə Nazirliyindən bildirilib ki, Artvin, Rizə və Trabzonda bu qızdırmanın daşıyıcıları peyda olub. 

«Rospotrebnadzor» bildirir ki, ötən il Kubaya səfər edənlərdən 4-ü bu virusa yoluxubmuş. Mütəxəssislər həşəratların yaşayış arealının genişlənməsini proqnozlaşdırırlar və öz vətəndaşlarından Türkiyəyə səfər planlaşdırarkən bu informasiyanı nəzərə almağı tövsiyə edirlər.

Zika virusu ağcaqanad sancması ilə yoluxur. Virus daşıyıcıları cinsəl yolla bunu başqalarına yoluxdura bilir.

Zika hamilə qadınların uşaqları əngəlli doğmasına səbəb ola bilir.

Həmçinin bildirilir ki, bu virus tək başına ölümcül olmasa da, başqa xəstəliyi olanlarda həyati risq daşıyır.

Türkiyədə bu xəstəliyi yayan ağcaqanadların iki növü aşkarlanıb. Birinci növün yaşayış arealı Şərqi Qaradəniz, Batumi, Gürcüstan, Krım yarımadasına kimi uzanan bölgədir. İkinci növ  Qərğbi Trakya, İstanbul, Şərqi Qaradəniz, Giresunda aktivdir və 5-7 ilə qədər isə Orta Anadoluda yayılacağı proqnozlaşdırılır.

Adaptasiya xüsusiyyəti olduğu üçün bu ağcaqanadlar qış aylarında da yaşayır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : zika virus 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com