Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2018
21:02
Rusiyada polis küçədə ürəyi dayanmış Azərbaycan vətəndaşını xilas edib

Rusiyanın Stavropol diyarında küçədə ürəyi dayanan Azərbaycan vətəndaşı ölümdən xilas edilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Ötən gün Stavropolda xidməti vəzifəsini yerinə yetirən kinoloq mütəxəssis İvan Busaryev nəzarət buraxılış məntəqəsi yaxınlığındakı mağazadan kiminsə kömək istədiyini eşidib. Hadisə yerinə gedən polis serjantı huşunu itirmiş kişi aşkar edib. Həmin şəxsin nəfəsi gəlmirmiş və nəbzi dayanıbmış. Polis dərhal radio stansiyası vasitəsi ilə həmkarlarına xəbər verib. Onlar hadisə yerinə "təcili yardım" çağırıblar, asayiş keşikçisi özü isə kişi üzərində təcili reanimasiya tədbirləri görüb. Nəticədə 42 yaşlı Azərbaycan vətəndaşının ürək fəaliyyəti və nəfəsi bərpa olunub, kişi özünə gəlib.

Zərərçəkmiş hadisə yerinə gələn tibb işçiləri tərəfindən stasionar müayinə üçün xəstəxanaya aparılıb. Hazırda Azərbaycan vətəndaşı evə buraxılıb./Report

Məqalədə : azərbaycanlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3981

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 14:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru