Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2018
14:09
`Türkiyədə qəlyan biznesi üçün 200 min manat verdim`

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesində zərərçəkən statusunda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov ifadə verib.

E. Məmmədov deyib ki, R. Heybətovla yaxşı münasibəti olub və Türkiyədə qəlyan biznesi qurmaq üçün onunla anlaşıb. Bu məqsədlə Heybətova 200 min manat verərək Türkiyəyə yola salıb.

"2015-ci ilin noyabr ayında Moskvada idik. Rövşən mənə iş qurmağı təklif etdi. Türkiyədə qəlyan biznesi quracaqdıq. 200 mindən çox pul lazım oldu. Mən də dedim özbaşıma verə bilmərəm, atamla məsləhətləşməliyəm. Gəldim atama danışdım, atamla birgə Rövşənlə görüşdük. Rövşən atamı da inandırdı. Maşın satmışdım, yüz minim var idi. Yüz min manat da bankdan kredit götürüb verdim. Kreditin sənədlərin də göstərdim. Bir aylıq götürdüm ki, faizi az olsun. Rövşənə də dedim bu pul mənim boynumdadır. Rövşən dedi ki, Türkiyəyə gedəndə iki idmançı aparsın, təhlükəsizlik baxımından belə yaxşıdır. Mən də Türkiyəyə onlardan sonra getdim. Getdim həmin hotelə. Yanında apardığı idmançılar qaçdılar qabağıma ki, Rövşən qəza törədib. Getdik xəstəxanaya, həkimlər dedilər ciddi bir şey yoxdur. Sonra getdik polis idarəsində ifadə verdi. Guya pul onun kirayə götürdüyü maşında imiş. Rövşən dedi evini adımıza keçirəcək, qalan pulu da qaytaracaq. Sonra xaricə çıxıb getdi. O vaxtdan indiyə kimi mənə 144 min dollar pul ödənilib"-zərərçəkən deyib.

Proses fevralın 2-də davam edəcək.

***12:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Azər Paşayev sdərlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

İş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə etdiyini 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.

R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Cinayət işinin materiallarına əsasən E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib. İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub. Bir neçə il əvvəl onun adı “Yeni Müsavat” qəzetinin reportyorunu xüsusi amansızlıqla döydürməkdə hallanırdı.(Virtualaz)

Məqalədə : Ziya Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
215

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
178

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
330

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
292

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
304

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 21:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru