Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2018
09:55
Dünyanın ən ağıllı robotu bu sualdan sonra xarab oldu

Dünyanın ən qabaqcıl və insanaoxşar robotu sayılan "Sofiya" Ukraynada korrupsiya ilə bağlı sualı cavablandıra bilməyərək sıradan çıxıb. FaktXəbər-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ali Radanın deputatı Alyona Şkrum bildirib.

Onun sözlərinə görə, hadisə Davosda keçirilən Dünya İqtisadi Forumunda qeydə alınıb: "Dünyanın ən qabaqcıl texnologiyası ilə hazırlanmış "Sofiya" robotuna, "Ukraynadakı korrupsiya ilə bağlı nə etmək olar?" sualı verildikdən sonra onun skripti sıradan çıxıb və prosessoru donub".

Buna qədər "Sofiya" robotu Davos forumundakı iştirakçıların müxtəlif suallarını cavablandırmaqla gündəmə gəlmişdi.



Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : robot 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 06:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com