- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Beynəlxalq Böhran Qrupunun Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində yazır, “Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər”. M.Qrono regionda Rusiya və Türkiyə dövlətlərinin qarşılaşa biləcəyinə diqqət çəkmək istəyir. Lakin M.Qrono bilməlidir ki ABŞ-ın ağır sanksyaları ilə üzləşən Rusiyanın Türkiyə ilə münasibətlərinin qurulması bu zərururətdən yaranmışdır.
Bu baxımdan ilbəil daha sürətlə iqtisadi böhrana yuvarlanan Rusiya Türkiyə ilə hərbi qarşıdurmaya getməz bu baxımdan Qarabağ probleminin hərbi yolla həllində regional fəlakət gözlənilmir. Bu məlumatı paylaşmaqda Beynəlxalq Böhran Qrupunun məqsədi; Azərbaycanı Dağlıq Qarabağ probleminin silahlı yolla həllindən çəkindirməklə, regionda status kvonun (Ermənistanın xeyrinə) saxlanmasına xidmət edir.
Bu təşkilat Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda Ermənistanın danışıqlarda spikulyasiya etdlyini, danışıqları uzatmaqla problemin həllini ləngitmək istədiyini, çox gözəl anlayır.
Amma nədənsə işğalcı Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməsindən, Ermənistanın işğalcılıq və işğal edilmiş ərazilərdə həyata kecirdiyi etnik təmizləmə cinayətlərindən, işğalcı Ermənistandan beynəlxalq hüququn imperativ prinsiplərinə riayət edərək işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməsi üçün BMT Nizamnaməsində və qərarlarında təsbit olunmuş mexanizmlərini nəzərə almamasından danışmır.
Bəs onda niyə özünü “tərəfsiz” qələmə verən bu qeyri-hökumət təşkilatı ATƏT-in Minsk qrupunun vasitəciliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin damşıqları cərcivəsində tərəfləri kompromis əldə etməyə cağırır? Niyə?!!!
Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Dövləti Ermənistan qarşısında hansı kompromisə getməlidir?
O zaman kar və kor olmaq lazımdır ki, BMT Təhlukəsizlik Şurasmın 822, 853, 874, 884 saylı qətnaməlorində, Avropa Şurası Parlament Assambleyasınm 1416(2005) saylı qətnaməsində, Avropa Parlamentinin 20 may 2010-cu idə qəbul etdiyi "Avropa İttifaqımn Cənubi Qafqaz uzrə Strategiyası" adlı qətnaməsində, İslam Konfransı Təşkilatınm, ATƏT-in və digər beynəlxalq təşkilatlarm coxsavlı sənədlərində Azərbaycanın ərazilərinin işğal edilməsi, yüz minlərlə Azərbaycan vətəndaşının məcburi köckünə cevrilməsi və Azərbaycanda hümanitar böhran vəziyyətinin yaranması faktları təsbit edilmiş sənədləri nəzərə almayasan.
Beynəlxalq Böhran Qrupu yaydığı bu məlumatda, Ermənistamn Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyondan artıq azərbaycanlının qacqm və məcburi kockun halına düşməsi, bunun da nəticəsində Azərbaycanda humanitar böhranın yaranması kimi ifadələr işlətməkdən belə yan kecməsi görəsən nədən qaynaqlanır?
Böhran qrupu, işğal altmda olan ərazilərin azad edilməsi və Azərbaycanm beynəlxalq səviyyədə tanmmış sərhədləri çərcivəsində dövlət suverenliyinin təmin edilməsi, qacqın və məcburi köckunlərin pozulmuş hüquqlarının bərpa edilməsi, onların oz evlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarımn təmin edilməsi məsələlərinə biganə yanaşmamalıdır.
Dağlıq Qarabağ problem ətrafında Ermənistanın mövcud mövqeyi problemin sülh yolu ilə həllinə mane olur. Belə bir şəraitdə Azərbaycan işğal altındakı ərazilərini öz sərhədləri daxilində yalnız silahlı yolla azad etməkdən başqa çarəsi qalmır. Problemin hərbi yolla həllinə beynəlxalq hüququn və beynəlxalq təşkilatların Qarabağ probleminin həlli ilə bağlı qəbul etdikləri çoxsaylı sənədlər hüquqi şərait yaradır. Mən şəxsən Azərbaycanın Dağlıq Qarabağ məsələsində Ermənistana öz ərazilərini Ermənistana güzəştə gedəcəyinə əmin deyiləm.
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında qeyd etdi ki, danışıqlar prosesi intensivləşsə də, nəticə yoxdur. Çünki erməni tərəfi qeyri-konstruktiv mövqe tutmaqda davam edir, eyni zamanda, Azərbaycan tərəfi üçün qeyri-məqbul şərtlər irəli sürür. Prezidentin çıxışından bu qənaətə gəlmək olar ki, Azərbaycan özünün ərazi bütövlüyünün bərpası məsələsində Ermənistana güzəştə getməyəcək.
Faiq İsmayılov
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı
13-02-2019 14:59 İsgəndər Həmidov Qarabağ Komitəsindən getdi
12-02-2019 15:22 BŞİH Qarabağ Komitəsinin mitinqinə icazə verməyib
03-02-2019 23:02 “Qarabağ” “Neftçi”yə qalib gələ bilmədi - VİDEO
31-01-2019 16:45 "Qarabağ" Adil Nadirovun yas mərasiminə qatıldı - FOTO
31-01-2019 16:12 Qarabağ Komitəsi Gürcüstan səfirindən görüş istədi
28-01-2019 20:39 Qarabağ əlillərinə və şəhid ailələrinə 35 milyon manat ayrılıb
- 22-02-2019 16:59 Fransa ilə Almaniya birləşdi - SƏBƏB
- 20-02-2019 09:16 Fransanın "sarı gödəkcəlilər" dalanı - ANALİZ
- 14-02-2019 14:59 Qərblə Rusiya növbəti “rinq”i hansı ölkədə quracaq?
- 11-02-2019 14:29 Mələkləri qətlə yetirən Səud rejimi qana doymur
- 09-02-2019 12:29 “Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”
- 07-02-2019 16:48 İraqda ABŞ-a qarşı silahlı üsyan baş verə bilər- ANALİZ
- 06-02-2019 15:09 Venesuelada baş verənlər nəyi isbatlayır?
- 06-02-2019 10:49 ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ
- 24-01-2019 16:19 Gücün şəhvətinə düçar olanlar - Venesuela
- 19-01-2019 12:30 Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
- 18-01-2019 11:47 Paşinyan Sarqsyana niyə toxunmur?
- 15-01-2019 15:54 Suriya müharibəsinin əsas səbəbi hələ də gündəmini qoruyur
- 14-01-2019 16:09 Suriyada səfirliklər açılır: SƏBƏB MƏĞLUBİYYƏTDİR
- 11-01-2019 12:07 Neft ölkələri siyasi risk altında - ANALİZ
- 09-01-2019 14:34 Əfqanıstan - ABŞ imperiyasının tənəzzül simvolu kimi
- 29-12-2018 11:32 Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış
- 21-12-2018 17:01 YƏMƏN - Səudiyyənin gələcəyi üçün şah damarı
- 21-12-2018 09:34 Bayram Səfərovla bağlı qərarın SƏBƏBİ
- 20-12-2018 13:12 ABŞ-ın "terrorla mübarizə" adı ilə növbəti hədəfi: AFRİKA
- 20-12-2018 09:01 Proqnoz: 2019-cu ildə dünyada quraqlıq və aclıq artacaq
- 12-12-2018 15:22 "Nyu York Tayms": Yəməndə ABŞ istehsalı olan faciə yaşanır
- 10-12-2018 11:20 Sözün məsuliyyəti və manatın məzənnəsi
- 08-12-2018 12:30 Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”
- 06-12-2018 11:30 Bakı metrosunda gördüklərimiz və ya Afina heykəllərinə qayıdış?
- 01-12-2018 11:20 Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi