Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2018
16:01
1773
Əgər Günəş sönərsə, bizi nə gözləyir? - ARAŞDIRMA

Günəşi barmağımızın hərəkəti ilə söndürə bilmərik. Onun birdən-birə yox olması da mümkün deyil. Amma buna baxmayaraq, alimlər Günəş sönərsə Yer və onun sakinlərinin başına nə gələ biləcəyini dəqiq hesablayıblar.

FaktXəbər olaraq bu barədə danışmaq qərarına gəldik. Sonda siz biləcəksiniz ki, milyard il sonra Günəşin və bizim planetin başına nə gələcək.

8 dəqiqə 20 saniyə

İlk növbədə Beynəlxalq Kosmik Stansiyadakı kosmonovtları başa düşəcəklər Günəşdə nəsə baş verib. Amma onlar da bunu hadisə baş verəndən 8 dəqiqə 20 saniyə sonra biləcəklər. Məhz bu zaman müddətində Günəş şüası Yerə gəlib çatır.

Günəş sönərsə ilk öncə bütün planet qaranlığa qərq olar. Və insanlar Ayı görə bilməyəcəklər. Çünki Yerin təbii peyki özü işıq istehsal etmir, Günəş şüasını əks etdirir. Yəni biz həm Ayı, həmçinin digər kosmik obyektləri görə bilməyəcəyik.

Planetin temperaturu

Bundan sonra Yerdə soyuma başlayacaq. Adi halda bu, gecə vaxtları müşahidə edilir.

Hesablanıb ki, bir həftəyə yerdəki temperatur -20°С-yə düşəcək. Bir ilə isə bu rəqəm -73°С olacaq. Lap sonda temperatir -240°С-yə qədər enəcək və bu səviyyədə qalacaq.

Yerdə həyat

İlk olaraq bitkilər zərbə alacaq. Onlar fotosintezsiz, eyni zamanda Günəş şüaları olmadan yaşaya bilməzlər. Bütün kiçik bitkilər bir neçə həftəyə məhv olacaq. Amma böyük ağacal bir neçə ilə kimi yaşaya biləcəklər. Bu, bitkilərin fotosintez prosesində istehsal etdiyi böyük qlükoza ehtiyatı, eyni zamanda maddələr mübadiləsinin yavaş getməsi nəticəsində baş verəcək.

Qida zəncirinin pozulması nəticəsində vəhşi heyvanların sonu gələcək. Onlardan ən sonuncu leşyeyənlər öləcək.

İnsanlar temperaturun uzun müddət qalması səbəbindən dünya okeanının dərinliklərində və ya yerin altında uzun müddət yaşaya biləcəklər. Çünki Yerin nüvəsi qaynar olur. Ola bilsin ki, insanlar bu şəraitdə bitki və heyvan saxlaya, enerjini isə nüvə reaktorlarından və termal mənbələrdən əldə edə bilsinlər.

Əgər insan oğlu yaşaya bilməsə belə, müxtəlif mikroorqanizmlər ən çətin şəraitdə belə, mövcudluqlarını qoruyacaqlar. Buna görə Yerdə həyat formal da olsa davam edəcək.

Qravitasiya

Əgər Günəş yoxa çıxarsa, Yeri və eləcə də digər planetləri öz orbitində saxlamaq mümkün olmayacaq. Nəticədə onların hamısı Günəş sistemindən çıxacaq və özündən daha böyük planetin cazibə qüvvəsinin təsirinə düşənə kimi sərbəst hərəkət edəcəklər. Ya da ola bilsin başqa bir kosmik obyektlə toqquşsun, ya onu məhv eləsin, ya da özünü.

Əslində Günəşdə nə baş verəcək

Yuxarıda da dediyimiz kimi, Günəş adi formada yox ola və ya qəfildən sönə bilməz. Bizim ulduzun parlaqlığı yandırdığı hidrogenə görə hər 110 milyon ildə 1% artır. Alimlər hesab edir ki, 4-5 milyard il sonra Günəş böyüyəcək və Yeri çox güclü şəkildə qızdıracaq. Bundan sonra Günəşin parlaqlığı daha da artacaq və indikindən 121% çox olacaq. Sonra o, qırmızı qiqant mərhələsinə keçəcək.

Əgər o zamana kimi insanlar yaşaya bilsələr, onda onların qarşısına daha başqa problemlər çıxacaq.

Qeyd edək ki, Qurnai-Kərimin "Qiyamət" surəsinin 8-9-cu ayəsində belə deyilir:  "Ayın nurunun sönəcəyi; Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman."

Məqalədə : Günəş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 09:09

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status