Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2018
12:48
2863
Pakistan və Türkiyə ABŞ-a cavab verdi

Pakistan Birləşmiş Ştatlarla hərbi və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə ölkənin müdafiə naziri Xürrəm Dəstgir məlumat verib. O, həmçinin ABŞ-ı Pakistana qarşı təhdid ritorikasından imtina etməyə çağırıb. 

Qeyd edək ki, ABŞ 5 yanvardan tarixində verdiyi qərarla terrorizmə dəstək verməkdə günahlandırdığı Pakistana 900 milyon dollarlıq hərbi yardımı kəsib. 

Bu arada Pakistanın ardınca Türkiyə rəhbərliyi də ABŞ-a turizmlə bağlı cavabını gecikdirməyib. Belə ki, rəsmi Ankara ABŞ-ın Türkiyəni 3-cü kateqoriyalı və riski ölkələrin siyahısında görməsinə eyni addımla cavab verib. Türkiyənin xarici İşlər Nazirliyi açıqlayıb ki, ABŞ-da terror və şiddət hadisələri artıb: "ABŞ-da baş verən terror hücumları və şiddət hadisələrində son zamanlarda artım müşahidə olunur. Bombalı və silahlı terror aktları ilə yanaşı, avtomobillərin izdiham yaşanan yerlərdə hücumlar həyata keçirməsi, şəhərin mərkəzində, metro stansiyalar, dövlət binaları, ibadət yerləri və məktəb şəhərciklərində belə hücumların olması mümkündür".

Xatırladaq ki, Birləşmiş Ştatlar Türkiyə, Sudan və Venesuelanı təhlükəsizlik baxımından 3-cü kateqoriyalı riskli ölkələr siyahısına salmış və vətəndaşlarına bu səfərlərdən çəkinməyi tövsiyyə etmişdi.

Məqalədə : Pakistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 19:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com