Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Yanvar

2018
10:58
1147
Yeni lüğətdə `əsgər` sözü ilə bağlı təklif var

Bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s).

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində qeyd olunur.

Layihədə bildirilir ki, yuxarıdakı sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.

Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Məqalədə : orfoqrafiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2018 03:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru