Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
16:31
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısı keçiriləcək

Nazirliyin mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata əsasən, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-ə təyin edilib. Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirak etmək üçün müvafiq ölkələrə və bir sıra  beynəlxalq maliyyə təşkilatlarına dəvət məktubları göndərilib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da,  üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : cənub qaz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 16:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com