Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
12:19
1952
Ötən il Naxçıvan-Məşhəd qatarı ilə 2 min sərnişin daşınıb

Ötən il “Naxçıvan Dəmir Yolları” MMC üzrə dəmir yolunun ayrı-ayrı sahələrində təmir işləri aparılıb, qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib və bir sıra tədbirlər həyata keçirilib.

2017-ci il MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 71 min 70 ton müxtəlif təyinatlı yüklər daşınıb. Türkmənistandan muxtar respublikaya 69 vaqon, 4400,6 ton gübrə gətirilib.

Bundan başqa, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarı vasitəsilə 1 936 nəfər sərnişinin gediş-gəlişi təmin olunub.

Qeyd edilib ki, qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və hərəkət sürətinin yüksəldilməsi məqsədilə mədaxil olunmuş təzə ağac şpallardan 1052 ədədi dəyişdirilib. Yol təsərrüfatında sağlamlaşdırma işlərinin aparılması məqsədilə 89 yararsız ağac şpal dəmir-beton şpalla əvəz olunub. Daşımaların səmərəli təşkili məqsədilə Ordubad stansiyasının 2-ci və Şərur stansiyasının 3-cü qəbulgöndərmə, eləcə də yükləmə-boşaltma yollarında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Naxçıvan Yanacaq Anbarına məxsus dalan yolda və Naxçıvan stansiyasının 11-ci yolunda aparılan təmir işləri də yekunlaşıb.

Məqalədə : Naxçıvan  
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 10:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com