Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Yanvar

2018
12:06
693
Bu yollara yeni radar və kameralar yerləşdirilir

Ölkə ərazisində olan magistral yollarda radar və kameraların quraşdırılması prosesi davam etdirilir. Hazırda işlər Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay ərazisindən keçən hissəcində aparılır. Yollarda texnikalar qoyulub, təmir işləri aparılır. Səbəb magistral yollarda radar və videokamera sistemlərinin quraşdırılmasıdır. Radarsız və videomüşahidəsiz yollarda daha çox qəzaların olması bu işin aparılması işinin vacibliyini artırıb. Yollarda bu kimi tədbirlərin görülməsinə isə ən çox sevinən sürücülərdir. Sürücülərin sözlərinə görə, bu yolda radar və kameranın olmaması səbəbindən sürət həddi aşılır və ölümlə nəticələnən qəzalar baş verirdi.

Yolda quraşdırılan cihazlar vasitəsilə axtarışda olan maşınları, həmçinin müxtəlif vaxtlarda qayda pozuntusuna yol vermiş avtomobilləri də müəyyənləşdirmək olacaq. Həmçinin, ağıllı videokamera sistemi nömrə oxuma qabiliyyətinə də malik olacaqdır.

Göyçay ərazisində işlər tam yekunlaşandan sonra növbəti hədəf Ağsu dolayları olacaq. Burda da radar və kameralar quraşdırlacaq.

May ayında magistral yol boyunca işlər tamamilə başa çatacaq.(avtosfer)

Məqalədə : radar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 23:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru