Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
23:06
2093
`Xarici şoklardan təkcə Azərbaycan deyil, digəriləri də zərər çəkib`
Bu barədə maliyyə naziri Samir Şərifov bildirib

“Xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə Azərbaycanda deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib”.

FaktXəbər bildirir ki, bunu bu gün Azərbaycan prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, digər ölkələrdən fərqli olaraq, ölkədə özəl kommersiya banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul edilmiş qanuna əsasən dövlət  100 faiz zəmanət verir.

“Bunun nəticəsində bank əmanətçilərinin mütləq əksəriyyəti zərərlərdən tam qorunub. Bu əsasda bank sektorunda sağlamlaşdırma tədbirləri nəticəsində fəaliyyəti dayandırılmış bir sıra banklarda qorunan əmanətlərin qaytarılması məqsədilə dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna 545 milyon manat məbləğində vəsait köçürülüb”, -deyə nazir  vurğulayıb.

Məqalədə : Samir Şərifov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 00:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com