Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Yanvar

2018
15:57
758
Bu uşağın oxumaq eşqi sosial mediada gündəm oldu – FOTO-VİDEO

Çində termometrlərin  mənfi dərəcələri  göstərdiyi soyuqda  bir saat piyada yol getdikdən sonra məktəbə donmuş bir şəkildə çatan  balaca uşağın fotosu sosial mediada sürətlə yayılıb.

FaktXeber.com-un CNN Türk-ə istinadla məlumatına görə, məktəbə getmək üçün km-lərlə yol qət etmək Çində çox geniş yayılıb. Lakin bu fotolar problemin aktuallığını gündəmə gətirib.

Yunnan əyalətindən olan Vanq Fuman adlı uşaq  şaxtalı havalarda tam 4,5 km piyada yol getdikdən sonra  məktəbə donmuş şəkildə çatıb. Fotolardan görünür ki, uşağın  qaşları, kiprikləri, saçları və hətta qulaqları donub.

Qısa müddətdə sosial mediada paylaşım rekordlarını qıran ürəkağrıdan foto  uşaqların  təhsil almaq üçün hansı çətinliklərdən keçdiyini gözlər önünə sərir.

Qeyd edək ki, hadisədən sonra yerli sakinlər həmin uşağın evini ziyarət edərək, müxtəlif isti geyimlər hədiyyə ediblər. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 11:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru