Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2018
14:25
2695
Gürcüstan nömrəsiylə taksi xidməti - Bakıda - FOTO

Paytaxt Bakıda xidmət göstərən taksi şirkətlərinin sayı günü-gündən artmaqdadır. Rəqabətin çox olması heç şübhəsiz müştərilərin xeyrinədir. Taksi xidmətindən istifadə etmək istəyən vətəndaşlar əvvəllər olduğu kimi prospektlərdə, yol kənarlarında dayanıb taksilərə əl işarəsi etmək məcburiyyətində deyillər. Bircə zəng kifayət edir ki, taksi avtomobili yaşadığınız evin qarşısında sizin xidmətinizdə dursun. 

Bu gün Faktxeber.com izləyicilərindən birinin mobil telefonla çəkib bizə göndərdiyi şəkil marağımıza səbəb olub. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobilin qeydiyat nişanı nömrəsi Azərbaycana deyil, qonşu Gürcüstan Respublikasına məxsus olduğu açıq aydın görünür. Şəkildən də göründüyü kimi “9933” taksi xidməti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü başqa ölkənin qeydiyat nişanı ilə Azərbaycan vətəndaşlarına xidmət göstərir. 

Məsələni araşdırdıq və məlum oldu ki, yuxarıda qeyd etdiyimiz taksi xidmətinin çağrı rəqəmləri (9933) “Salam Taksi” xidmətinə məxsusdur. Şirkətlə əlaqə yaratdıq. FaktXəbər-ə açıqlama verən “Salam Taksi” şirkətinin nümayəndəsi Sahil bəy bildirdi ki, şirkətdə belə bir avtomobil qeydiyatdan keçərək, sakinlərə xidmət göstərir və burada hər hansı qaranlıq məqam yoxdur. 

Biz də öz növbəmizdə ölkə qanunvericiliyini - “Avtonəqliyyat  vasitələrinin qeydiyatı” haqında qanuna müraciət etdik. “Avtonəqliyyat vasitələrinin qeydiyyatı” haqqında qanunun 8-ci maddəsin 1-ci bəndində qeyd olunur ki, “sərnişin daşımaları üçün istifadə olunan avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmalıdır. Həmin avtonəqliyyat vasitəsi yalnız bir dövlətdə qeydiyyata alına bilər” – xatırlatdıq. 

Şirkət sözcüsü bu məsələni araşdıraraq bizimlə əlaqə yaradacaqlarını qeyd etdi. 

Biz də öz növbəmzdə yaranmış anlaşılmamazlığı aydınlıq gətirmək üçün qarşı tərəf cavabını təqdim edəcəyi halda dərc etməyə hazırıq. 

Hər halda Gürcüstan avromobil qeydiyatı nömrəsiylə Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olmağın nə qədər icazəli olub-olmaması sualı hələ ki, açıq qalır...

Məqalədə : tAKSİ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 14:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com