Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2018
09:33
`Real` çempionluq yarışında yenə xal itirdi - VİDEO

İspaniya La Liqasında 18-ci turunda "Barselona" xal ehtiyatını artırıb, Kral klubu isə qələbəni əldən verib.

FaktXəbər-in məlumatına görə, "Barça" "Levante" ilə qarşılaşmada 3 xalı 3 topla qazanıb. "Barça" qələbəni Messi, Suarez və Paulinyonun qolları ilə əldə edib.

"Real" isə "Selta" üzərində qələbəni əldən verərək, əzəli rəqibi ilə xalq fərqini bir qədər də artırıb.

Madrid klubu Qaret Beylin vurduğu qollar sayəsində 2:1 irəlidə olsa da, üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib. "Selta"nın oyunçusu Qomesin 82-ci dəqiqədə vurduğu qol oyunun son hesabını müəyyənləşdirib.

"Real" hazırda ehtiyatda bir oyunu olmaqla 32 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "Barselona"dan 16 xal geri qalır. "Selta" 22 xal ilə 14-cüdür.

"Barselona" - "Levante" - 3:0

Qollar: 1:0 – Messi – 12, 2:0 – Suarez – 38, 3:0 – Paulinyo – 90.

"Selta" – "Real" - 2:2

Qollar: 1:0 – Vass – 33, 1:1 – Bgyl – 36, 1:2 – Bgyl – 38, 2:2 – Qomes – 82

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Barselona Real Madrid 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 19:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com