BMT toplantısında Rusiyadan ABŞ-a İran tənqidi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2018
10:37
2103
BMT toplantısında Rusiyadan ABŞ-a İran tənqidi

ABŞ Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) çıxardığı İrandakı etirazlara dəstəyini bir daha göstərdi. Rusiya isə şuranı pis niyyət üçün istifadədə tənqid etdiyi ABŞ-ı saxta bəhanələrlə İranın daxili işlərinə qarışmaqla günahlandırıb.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, ABŞ-ın BMT daimi nümayəndəsi Nikki Haley İran xalqının ölkə daxilində 79-dan çox nöqtədə hökumətə qarşı üsyan qaldırdığını deyib. O, İran xalqının cəsarətini alqışlaması lazım olduğunu ifadə edib. Haley əlavə edib ki, İran Suriyaya 6 milyard dollar xərcləyib və xalq da buna etiraz edir. ABŞ nümayəndəsi həmçinin İranın Yəmənə də yardım etdiyini sözlərinə əlavə edib.

Haley azadlıqları dəstəkləyən ölkələrin İran xalqına dəstək verdiyini, amma bundan daha artıq işlər görmək lazım olduğunu, buna səssiz qalmayacaqlarını söyləyib.

Rusiyanın BMT daimi nümayəndəsi Vassil Nebenzia isə ABŞ-ın İrandakı etirazları BMT TƏŞ-y çıxarmasını tənqid edib.

ABŞ-ı saxta bəhanələrlə İranın daxili işlərinə qarışmaqda ittiham edən Nebenzia, "bu gün bir daha ABŞ-ın BMT TŞ-dən sui-istifadə etdiyinə şahid oluruq. Qoyun, İran öz problemləri ilə məşğul olsun. Əfqanıstan, Suriya, Liviya, İraq, Yəmən, Şimali Koreya və Afrikadakı münaqişələrə yönəltmək əvəzinə, şuranın enerjisini boş yerə xərcləyirsiniz", - deyə bildirib.

Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre İrandakı etirazların beynəlxalq sülh və təhlükəsizliyi təhdid etmədiyini bildirərək, bu ölkəyə qarşı hər hansı bir müdaxilənin əks effekt verəcəyi xəbərdarlığını edib.

Məqalədə : BMT İran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 10:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com