Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

04 Yanvar

2018
21:37
1997
FHN itkin alpinistlərlə bağlı: Vəziyyət çətinləşib

Fövqəladə Hallar Nazirliyi (FHN) itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb. Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 4-də davam edib. Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.

Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.

Məqalədə : itkin alpinist FHN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

24

Aprel
12:42
İDMAN
30

Rusiyada qeyri-adi cərimə

24

Aprel
12:24
DÜNYA
54

Dəməşqdə terror: ölən var

24

Aprel
11:56
DÜNYA
46

Azərbaycan tərəvəz ixracını 40% artırıb

24

Aprel
11:52
İQTİSADİYYAT
47

Rusiya NATO-ya xəbərdarlıq etdi

24

Aprel
11:47
DÜNYA
590

Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb

24

Aprel
11:23
AİLƏ, SAĞLAMLIQ
1647

Bu gündən peyvəndləmə işlərinə başlanılıb

24

Aprel
11:10
AİLƏ, SAĞLAMLIQ
1051

BNA müxtəlif təyinatlı işıqforlar alır

24

Aprel
10:28
NƏQLİYYAT
45

Ramil Usubovdan yeni təyinat

24

Aprel
10:09
HÜQUQ,HADİSƏ
79
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 12:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru