Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
18:03
Yeni telekanal 6 ay müddətində fəaliyyətə başlamalıdır

““Televiziya və Radio Yayımı haqqında" qanunun müvafiq maddəsinə əsasən lisenziya alındıqdan sonra altı ay müddətində yayım həyata keçirilir”.

FaktXəbər-in məlumatına görə, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov Şuranın elan etdiyi müsabiqənin qalibi olan “Türkel TV” MMC-nin yeni yayım kanalında nə zaman fəaliyyətə başlayacağı haqda səslənən suallara cavab olaraq deyib.

Şöbə müdiri qeyd edib ki, lisenziya alındıqdan sonra altı ay müddətində yayım həyata keçirilmədikdə lisenziyaya MTRŞ-nın qərarı ilə xitam verilir.

Qeyd edək ki, MTRŞ-ın 14 noyabr tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı, 1-ci sektor olmaqla) 16 noyabrdan 16 dekabradək müsabiqə elan edilib. Müsabiqədə iştirak etmək üçün “BAKU ART LAB”  MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC sənədlərini Şuraya təqdim ediblər.

Şurada “BAKU ART LAB”  MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

MTRŞ qanunvericiliyin müvafiq maddələrini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni  ümumrespublika televiziya yayım kanalının açılması üçün elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya  yayımı üçün müddətsiz lisenziya verilib.

Məqalədə : Türkel TV 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
458

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
320

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
445

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
457
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-04-2021 21:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru