Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2018
15:16
Tibbi sığortanın əhatə dairəsi genişləndiriləcək

“İcbari tibbi sığorta haqqının məbləği müvafiq qanunvericilikdə dəyişiklik edildikdən sonra məlum olacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda icbari tibbi sığorta pilot layihə şəklində Yevlax rayonunda və Mingəçevir şəhərində tətbiq olunur və əhalidən sığorta haqqı toplanılmır, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər 1829 xidməti əhatə edən baza zərfindən pulsuz istifadə edirlər.

Qeyd olunub ki, Agentliyin fəaliyyət göstərdiyi müddətdə ilk dəfə olaraq dövlət tərəfindən göstərilən səhiyyə xidmətləri bazar dəyərinə görə qiymətləndirilib və həmin xidmətlərin tarifləri hesablanıb.

Agentlikdən onu da bildiriblər ki, pilot layihə 2018-ci ilin fevral ayının 1-ə qədər davam edəcək: "2018-ci ildən icbari tibbi sığortanın miqyasının genişləndirilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq rəsmi qərar veriləcək".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tibbi sığorta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 23:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com