Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Dekabr

2017
12:25
681
Azərbaycandakı ailələrin sayı açıqlandı

"Hazırda Azərbaycanda 2 milyon 84 mindən çox ailə var".

FaktXəbər-in Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, ölkədə ömrünün 50, 60 və daha çox müddətini bir yerdə yaşayan yüzlərlə uzunömürlü ailələr var:

"Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Bu, bir dövlət siyasətidir. Lakin qeyd etmək lazımdır ki, bir çox problemlər hələ də öz aktuallığını saxlayır. Ailə institutunun möhkəmləndirilməsi üçün qanunvericilik bazası yaradılıb. Lakin mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirmə işlərinin aparılması vacibdir".

Məqalədə : ailə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 23:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru