Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

28 Dekabr

2017
15:22
783
Məhkəmə qərarlarına dair yeni prosedur müəyyənləşib

Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edib.

Dəyişiklik mülki məhkəmə icraatı üzrə məhkəmə aktlarının icraya yönəldilməsi ilə bağlıdır.

Təlimata əsasən, məhkəmənin qətnaməsi, qərardadı qanuni qüvvəyə mindikdən sonra növbəti iş günündən gec olmayaraq icra sənədi verilir.

Dəyişikliyə əsasən, artıq dərhal icra edilməli olan məhkəmə qətnamələri və qərardadları üzrə icra sənədi iş üzrə qətnamə və qərardadın qəbul edildiyi günün ertəsi günündən gec olmayaraq veriləcək. O cümlədən məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilsə də, dərhal icra edilməli olan məhkəmə qərarları istisna olacaq. Dərhal icra edilməli olan məhkəmə qərarları dərhal icraya yönəldiləcək.

Məqalədə : məhkəmə qərar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2018 22:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru