Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2017
13:26
3316
Amerika Kadırovun İnstagram və Facebook səhifəsini də bağlatdı

Çeçenistan prezidenti Ramzan Kadırovun İnstagram və Facebook sosial şəbəkələrindəki profilləri bağlanıb. 

FaktXəbər-in məlumatına görə, Çeçenistan başçısının səhifələrinə girərkən bu səhifələrin mövcud olmadığı və ya silindiyi xəbərdarlığı görünür.

Qeyd edək ki, dekabrın 20-də ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasının 5 vətəndaşına, o cümlədən Ramzan Kadırova sanksiya tətbiq etmişdi. Kadırov isə öz İnstagram səhifəsindən ABŞ hökumətinin bu addımına sərt cavab vermişdi.

FaktXəbər-in məlumatına görə, sözügedən sanksiya barədə Ramzan Kadırov belə demişdi:

"Siz deyəsən hinduların məhvini, milyonlarla qulu - afrikalıları, Hiroşima və Naqasaki qətliamını, milyonlarla vyetnamlını, Sonqmi kəndini, Əfqanıstanı, İraqı, Liviyanı, Belqradı unutmusunuz... Mənim siyahımda ABŞ-ın törətdiyi minlərlə qanlı iş var. Yoxsa siz sanksiya siyahısına ABŞ-ın bütün prezidentlərini, müdafiə nazirlərini, leytenant Kollini salmısınız? Mən fəxr edə bilərəm ki, ABŞ xüsusi xidmət orqanlarının işinə yaramamışam."

Məqalədə : Kadırov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
55

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
336

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
153

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
139

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
56
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 06:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru