Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2017
11:32
“Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib”
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib

“Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib. Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmadır”.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, Azərbaycan uzun müddətdir böyük ədalətsizliklə üzləşib: “Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal edilib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib”.  

E. Özoral qeyd edib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da Azərbaycanın yanında olacağıq”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 14:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com