Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2017
22:35
Moskva və Ankara Qüds məsələsinin ədalətli həllinin tərəfdarıdır

Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov Yəmən, Suriya və Liviyada böhranın həlli yollarının işlənib hazırlanmasını vurğulayaraq regional problemləri türkiyəli həmkarı Ümit Yalçın  ilə müzakirə edib.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Rusiya xarici siyasət idarəsinin mətbuat xidməti xəbər verir.

 

"Həmçinin, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı tanıması ilə bağlı Fələstin-İsrail istiqamətindəki vəziyyət də müzakirə olunub", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Moskva və Ankara Fələstin probleminin ədalətli həllinin tərəfdarıdır. Onlar hesab edir ki, Şərqi Qüdsdə paytaxtı olan müstəqil bir dövlət yaratmaq Fələstin xalqının haqqıdır və bunu həyata keçirmək gərəkdir. 

Xatırladaq ki, daha öncə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın BMT TŞ-nın Qüds üzrə qətnamənsinə qoyduğu vetonu pisləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya Türkiyə Fələstin Qüds 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 07:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com