Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2017
15:55
2233
Dilimizin yeni orfoqrafiya qaydaları hazırlanıb

“Azərbaycan dilinin 59 maddədən ibarət yeni orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında bir daha müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse – prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin ilk orfoqrafiya qaydaları sovet vaxtı hazırlanıb, 2004-cü ildə kosmetik dəyişikliklər edilib.

Akademik bildirib ki, 2018-ci il aprel ayının 1-dək “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çapına icazə verilməsi üçün Rəyasət Heyətinə təqdim olunacaq.

İ. Həbibəyli iclasda Azərbaycan prezidenti İlham Əliyevin “Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamının icrasından irəli gələn vəzifələr haqda da məlumat verib. 

Məruzə dinlənildikdən sonra Humanitar Elmlər Bölməsinə AMEA Nəsimi adına Dilçilik İnstitutu və aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb Akademiyanın Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi qərara alınıb.

Məqalədə : dili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 14:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com