Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2017
11:06
2177
Elman Fəttah müavinlikdən istefa verdi
"Müsavat" başqanın müavini idarəetmədəki fikir ayrılıqlarına görə müavinlikdən gedib

Razim Əmiraslanlının hansı məsələlər üzrə müavin təyin olunduğu qeyd olunmur.

Dekabrın 12-də Arif Hacılının sərəncamı ilə Müsavatın Divan üzvü Razim Əmiraslanlı Müsavat başqanının müavini vəzifəsinə təyin olunub.

Məlumatı “bastainfo.com” partiyanın mətbuat xidmətinə istinadən yayıb.

Lakin xəbərdə R.Əmiraslanın hansı məsələlər üzrə başqan müavini təyin olunduğu qeyd olunmayıb.

Meydan TV-nin partiya üzvlərindən əldə etdiyi məlumata görə, Müsavat başqanının siyasi məsələlər üzrə müavini Elman Fəttah bir müddət öncə vəzifəsindən istefa verib. 

R.Əmiraslanlının da onun yerinə təyinat aldığı bildirilir.

Elman Fəttah məlumatı Meydan TV-yə təsdiqləyib və 1 ay öncə istefa verdiyini deyib. O, istefasından başqa siyasi mənalar çıxarılmasının əleyhinədir:

“Bu, köhnə məlumatdır, sadəcə, idarəetmədə fikir ayrılıqlarına görə müavinlikdən istefa vermişəm, Divan üzvü olaraq qalıram”.

Partiya başqanı Arif Hacılı isə Razim Əmiraslanlının Elman Fəttahın yerinə təyin olunmadığını deyir:

“Müsavatda boş müavin yerləri var, vəssalam”.

Məqalədə : Müsavat 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 10:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com