Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Dekabr

2017
15:57
825
İraq ordusu `SDQ` ilə bağlı əməkdaşlığı təkzib etdi

İraq ordusu "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə bağlı əməkdaşlıq iddiasını təkzib edən bəyanatla çıxış edib. İraqın Birgə Əməliyyatlar komandanı general-mayor Yəhya Rəsul bildirib ki, ABŞın dəstəklədiyi "DSQ"-nin İraq ordusu ilə birgə koordinasiya mərkəzi yaradılacağına dair açıqlaması dorğu deyil. 

FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, iraqlı general əlavə edib ki, "Suriya Demokratik Qüvvələri" ilə birgə əməliyyat mərkəzi qurmağı düşünmürlər: "Həqiqət budur ki, İraq ordusunun Cəzirə bölgəsindəki əməliyyatlardan məsul komandanı Suriyanın sərhəd bölgəsindəki "DSQ" komandanı ilə görüşüb. Bu görüşün məqsədi sadəcə əlaqələndirmək olub. Bu, qüvvələrimizin hər hansı bir rayona çatarkən etdiyi təbii bir haldır".

Buna qədər "DSQ" Suriya-İraq sərhəddində təhlükəsizliyi təmin etmək məqsədilə İraq ordusu ilə bölgədə birgə koordinasiya mərkəzi yaradılacağını açıqlamışdı.

Məqalədə : İraq ordusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2018 06:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru