Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
12:57
Facebook-un sabiq vitse prezidenti: `Özümü günahkar hiss edirəm`
"Uşaqlarıma bu zibildən istifadə etməyə qoymuram"

Facebookun daha bir sabiq rəhbəri sosial şəbəkənin bütün dünyada vətəndaş cəmiyyətinə verdiyi zərərlərdən danışıb. FaktXeber.com-un CNews-a istinadla məlumatına görə, 2007-ci ildə Facebook-a qoşulan  və istifadəçilər bazasının yüksəldilməsi məsələləri üzrə vitse-prezidenti olan Çamat Palihapitiya bəyan edib ki, inkişafında köməyi olan  kompaniya ilə əlaqədar günah hissi keçirir.

«Hesab edirəm ki, biz cəmiyyətin  qarşılıqlı əlaqə  prinsiplərini pozan  alətlər yaratmışıq», - deyə Stenford  Vli Biznes Məktəbinin  auditoriyasında bəyan edib və insanlara sosial şəbəkələrlə əlaqəni qəfil kəsməyi tövsiyə edib.

«Bizim yaratdığımız qısamüddətli, dofaminə (həzz hormonu) bağlanmış əks rabitə dövriyyəsi ictimaiyyətin işinin əsasını məhv edir», - deyə o, bildirib. 

Nəhəng sosial şəbəkənin sabiq vitse-prezident bəyan edib ki, bunları deyərkən ürək, layk və baş barmağın yüxarı qaldırılması isə əsaslanan interaktiv qarşılıqlı əlaqəni nəzərdə tutur: «Vətəndaş diskusiyası, qarşılıqlı əlaqə yoxdur, dezinformasiya və yalan xəbərlər yayılır… Bu ümumdünya problemidir»

Palihapitiya  təkcə Facebook-u yox, ümuiyyətdə onlayn ekosistemi tənqid edib. O, cari ilin may ayında Hindistanda baş verən faciəni xatırladıb. Belə ki,Carkhand ştatının balaca bir kəndində sakinlər heç bir günahı olmayan 7 nəfəri linç edib. Səbəb isə WhatsApp mesencerində uşaqların oğurluğu  barədə yalan informasiya imiş. Öldürülənlərdən 4-ü qonaq olub. WhatsApp-da yadellilərin oğru ola biləcəyi məlumatını oxuyanda sakinlər öz «təhlükəsizlikləri» üçün qonaqları öldürmək qərarına gəlirlər. 4 «oğru» qəzəbli sakinləri görəndə qaçmaq istəyiblər, lakin onlardan biri ələ keçib və öldürülüb. Sonra  kənd sakinləri qalanlarını da ələ keçirərək öldürüb.

Digər öldürülənlər isə kənd sakinləri olublar. 4 nəfər şəxs nənələrinin müşaiyyəti ilə cipdə tikintiyə gedirmişlər. Maşın saxlanılıb və içəridə olanların hamısından şəxsiyyətlərini təsdiq edən sənədlər tələb edilib. Lakin onlardan yalnız birinin üzərində sənəd olub. Qalan üç nəfər avtomobildən çıxarılıb və ölümcül döyülüb. Hətta yaşlı qadın da döyülüb. Cip isə yandırılıb. Sağ qalan şəxsin dediyinə görə, hadisə vaxtı polis yaxınlıqda olub və baş verənləri izləməklə kifayətlənib».

O, bildirib ki, Facebook-dan bacardıqca az isitifadə etməyə çalışır: «Uşaqlarıma bu zibildən istifadə etməyə qoymuram».

Qeyd edək ki, sosial şəböəkənin ilkin investorlarından olan  Şon Parker, sabiq məhsuldar mesencer Antonio Qarsiya-Martines də Facebook barədə analoji fikirlər səsləndirmişdilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : facebook 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 05:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com