Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
12:21
Bu yolda səhv var, sürücülər cərimələnir - VİDEO

Bu yolda hərəkətin təşkilində səhv var – Sürücülər cərimələnir - VİDEO

Paytaxtın Mikayıl Müşviq küçəsində (İsmayılbəy Qutqaşınlı küçəsiylə olan kəsişmədə) hərəkətin təşkilində olan səhv sürücünün hüquqlarının pozulması ilə nəticələnib. Bakı şəhər sakini Vüsal Hüseynli Avtosfer-ə müraciət edərək bildirib ki, dekabrın 5-də M.Müşviq küçəsinin sağ zolağıyla hərəkətdə olarkən svetoforun qırmızı işığında dayanan avtomobilin arxasında dayanaraq svetoforun yaşıl işığının yanmasını gözləyib.Yaşıl işıq yanandan sonra həmin zolaqdan düzünə hərəkət edərək yoluna davam edib. Sonradan elektron kabinetinə qayda pozmasıyla bağlı məktub gəldikdə məlum olub ki, qeyd olunan küçənin sağ zolağında ancaq sağa 1.18 nişanlanması var imiş. Sürücü V.Hüseynli iddia edir ki, həmin vaxt svetoforda dayanan "Mitsubishi Pajero" markalı avtomobil 1.18 nişanlanma xəttinin üstündə dayandığı üçün həmin zolaqdan ancaq sağa hərəkətin olduğunu görməyib. Sürücünün haqlı olması videoda da öz əksini tapır. 

Qanunvericilikdə göstərilib ki, 1.18 nişanlanması yolayrıcına kimi bir neçə dəfə təkrarlanmalıdır. Bundan başqa, zolaqların üstündə əlavə olaraq 5.8.1 nişanları asılmalıdır. Görünür ki, qanunda yazılanların heç biri bu yolda tətbiq olunmayıb.

Bir daha qeyd edirik ki, yol hərəkətinin təşkilində olan səhv hərəkət iştirakçılarının hüquqlarının pozulması isə nəticələnməməlidir. Amma bu müraciətdən aydın olur ki, hərəkətin təşkilində olan səhv sürücünün cərimə olunması ilə nəticələnib. Vüsal Hüseynli həmin protokola xitam verilməsini tələb edir.

Məqalədə : yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18348

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16977

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18352

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17921

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23410

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17861

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17980
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 04:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru