Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Dekabr

2017
11:34
651
Çavuşoğlu: Digər ölkələri Qüdsə görə təşviq etməliyik

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Görüşünün açılışda çıxış edək, "Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyan bizlər, digər ölkələri Fələstin dövlətini 1967-ci il sərhədləri əsasında və paytaxtı Şərqi Qüds olacaq şəkildə tanımağa təşviq etməliyik", - deyə bildirib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Çavuşoğlu bu gün zülmə "Dur!" demək üçün toplaşdıqlarını vurğulayıb.

ABŞ-ın keçən həftə Qüdsə qarşı qəbul etdiyi qərarla insanlığın vicdanını dərindən yaraladığını söyləyən Çavuşoğlu, ABŞ-ın atdığı bu addımın İsrailin Qüdsün işğal təşəbbüsünə dəstək məqsədi daşıdığını bildirib.

Çavuşoğlu İslam ümmətinin bu mənzərəyə səssiz qalmasının gözləndiyini deyərək, "amma biz heç vaxt susmayacağıq. Bu zorakılıq sülh ehtimalını və birgə həyat bazasını məhv edib. ABŞ-ın verdiyi bu qərar bizim üçün yox hökmündədir", - deyə danışıb.

Nazir Çavuşoğlu Fələstin dövlətinin digər bütün ölkələr tərəfindən tanınması lazım olduğunu deyib:

"Bunun üçün hamılıqla birlikdə səy göstərməliyik. Bir tərəfdə işğalçı mövqeyində olduğu BMT qərarları ilə müəyyən edilmiş İsrail var, digər tərəfdə isə işğal altında olduğu beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən, üstəlik hər keçən gün daha çox torpağı qəsb edilən Fələstin var. Hazırda Fələstin dövlətinin tanınmasının həyata keçirilməsi lazımdır. Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyan bizlər, digər ölkələri Fələstin dövlətinin 1967-ci il sərhədləri daxilində və paytaxtı Şərqi Qüds olacaq şəkildə tanımağa təşviq etməliyik".

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2018 06:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru