Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Dekabr

2017
09:20
882
Maradonanın Hindistanda heykəli ucaldılıb - FOTO

Argentinalı futbol əfsanəsi futbolçu Dieqo Armando Maradonanın Hindistanda heykəli ucaldılıb.

FaktXəbər-in Hindistan mediasına istinadən məlumatına görə, Argentina forması ilə və əlində Dünya Kuboku olan təxminən 3,5 metrlik heykəlinin Kəlküttə şəhərində keçirilən açılışında Maradonanın özü də iştirak edib.

Maradona etdiyi çıxışda Kəlküttəyə gəldiyi üçün xoşbəxt olduğunu bildirərək, "mən sadəcə bir futbolçuyam. Burada heykəlin ucaldılması gözəl bir duyğudur", - deyib.

Futbolçu olduğu dövrdə "Napoli" forması ilə məşhurlaşan və Argentina Milli komandası ilə 1986-cı ildə Dünya Kuboku qazanan 57 yaşlı Maradona, baş məşqçilik karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fujairah" komandasında davam etdirir.

Məqalədə : Maradona 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2018 23:18

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru