Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2017
14:10
1861
Putin Suriyaya səfər edib - VİDEO

Rusiya prezidenti  Vladimir Putin  bazar ertəsi günü  Suriyada Rusiyanın Hmeymim aviabazasına gedib. FaktXeber.com-un məlumatına görə, bu barədə «İnterfaks» xəbər yayıb.

Aviabazada  Rusiya dövlət başçısını Suriya prezidenti Bəşər Əsəd, RF müdafiə naziri  Serqey Şoyqu və Rusiya  hərbi  qrupunun komandanı  Serqey  Surovkin qarşılayıb.

TASS-ın məlumatına görə, Putin  Rusiya qoşunlarının  Suriyadan çıxarılması barədə göstəriş verib.

Qeyd edək ki, bundan əvvəl Kremldən bildirilmişdi ki, Rusiya lideri  Misir və Türkiyəni  ziyarət edəcək. 

Misir prezidenti  Əbdülfəttah əs-Sisi ilə siyasi, ticari-iqtisadi, energetika və humanitar sferalarda Rusiya-Misir əlaqələrinin inkişafı müzakirə olunacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana gəlincə isə  Putin 2 aydan da az müddətdə artıq 4-cü dəfə görüşəcək.

Məqalədə : Putin Əsəd 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2018 02:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status