Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2017
19:02
Fələstin lideri xalqını silahlı müqavimətə çağırıb

ABŞ Prezidenti Donald Trumpın dünən axşam, "Qüdsü İsrailin paytaxtı kimi qəbul edirik və səfirliyimizi Qüdsə köçürürük" açıqlamasından sonra Fələstin dövlət başçısı Mahmud Abbas flaş açıqlama verib. 

FaktXəbər-in Türkiyə AHaber kanalına istinadən məlumatına görə, Mahmud Abbas Trampın qərarının İsrailə heç bir haqq verməyəcəyini, Qüdsün bir ərəb-müsəlman və xristian şəhəri olduğunu və Qüdsün Fələstinin əbədi paytaxtı olduğunu deyib.

Mahmud Abbas ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq qəbul etdiyini açıqlaması ilə bütün müqavilə və qərarları tapdaladığını bildirərək, bu bəyanatla Vaşinqtonun beynəlxalq və ikitərəfli sülh proseslərinin altını eşdiyini, özünün sülh danışıqlarından çəkildiyi mənasını verdiyini söyləyib.

O daha sonra fələstinlilərə silahlı müqavimət çağırışı edib.

Qeyd edək ki, Fələstinin işğal altındakı torpaqlarında Fələstin xalqı Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etməsinə etiraz olaraq tətil və mitinqlərə başlayıblar.

Fələstin Milli Qüvvələri ölkə daxilində İordan çayının qərb sahilində, Qüds və Qəzza zolağında diasporalara tətil çağırışı edib.

Fələstin Milli Təhsil Nazirliyinin dünən yaydığı bəyanatla məktəblər və təhsil mərkəzlərində Trampın qərarına etiraz olaraq tətillərə başladıqlarını açıqlayıblar.

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7080

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5949

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7458

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7437

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10547

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7167
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 07:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru