Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
12:50
4947
Salyandakı tükürpədici qətliamın təfərrüatları - FOTO
Manyak-qatil dörd qızını və arvadını necə öldürmüşdü?

Salyan şəhərinin “Zavod” məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub. FaktXəbər-in verdiyi məlumata görə, virtualaz.org Salyandakı mənbələrdən öyrənib ki, qətliamı törədən şəxs-ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını “ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib.

Məlum olub ki, manyak-ata övladlarını və arvadını əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə F.Əliyevin oğlu Fəqanın da iştirak etdiyi təxmin edilir, hazırda onun qətliamda rolu araşdırılır.

Qətlə yetrilən ananın-Mehparə Əliyevanın 1961-ci il təvəllüdlü olduğu məlum olub. Onun qızları İradə 1985-ci il, Rəqibə 1998-ci il, Sevda 1987-ci il, Ümidə isə 1991-ci il təvəllüdlüdür.

Salyan sakinlərindən aldığımız məlumata görə F.Əliyevin yaşadığı və üç il əvvəl qətliamın törədildiyi həmin ev yarıuçuq daxmadır, baxımsız vəziyyətdədir həyəti tikan, alaq basıb. Qətlə yetirilən ana və qızları namuslu, zəhmətkeş insanlar kimi tanınıblar. Ailənin demək olar ki, bütün ehtiyacları ananın çiyinlərindəymiş.

Ana və qızları yoxa çıxdıqdan sonra Salyan rayon Polis İdarəsində onlar “itkin düşmüş şəxslər” kimi axtarışda olublar. Lakin ana və qızlarının Azərbaycanın dövlət sərhədlərini keçmədiyi dəqiqləşsə də nəyə görəsə onların axtarışı demək olar ki, aparılmayıb. Baxmayaraq ki, qətliamı törədən şəxs və oğlu Salyanda əyyaş, davakar, cinayətə meylli adamlar kimi tanınırdılar. Və onların evlərində tez-tez münaqişələrin baş verdiyi sirr deyildi.

Xəbər verdiyimiz kimi bu hadisənin üstü “Xəzər TV”-də Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra açılıb. Belə ki, proqramda Salyanda 3 il əvvəl yoxa çıxan ana və dörd qızının Türkiyəyə getdiyi barədə ehtimal müzakirəyə çıxarılıb. 

Proqramda danışılanlardan belə məlum olur ki, Əliyev Fərhad və oğlu rayonda ana və qızlarının Türkiyədə olduqları haqda şaiyələr yayıblar, yaxud onların Bakıda, qalan şəhərlərdə olduğu haqda danışılıb.

X.Hidayətqızı "Qafqazinfo"ya bildirib ki, Mehparə Əliyeva və 4 qızının axtarışları üçün bacısı Dürdanə onlara müraciət edib: "Bu ailə ilə bağlı məsələnin araşdırması ilə birbaşa özüm məşğul olurdum. Sorğu verib öyrəndik ki, onlar sərhədi keçməyiblər. Fikirləşdim ki, ölkədədirlərsə, ola bilməz ki, 3 il ərzində hardasa görünməsinlər. Bizə çoxlu şübhəli zənglər gəlirdi. Kişi və qadın səsləri ilə başqa-başqa nömrələrdən zəng edib deyirdilər ki, “filan yerdə gördüm”. Hər dəfə bir ünvan deyilirdi. Əməkdaşlarımız da həmin yerlərə baş çəkirdi, amma boş çıxırdı. Bilirdik ki, bunlar məqsədli zənglərdir.

Bu işin izinə düşməyimizə Mehparə xanımla birgə işləyən bir qadın kömək etdi. O bizə dedi ki, Fəqanı görüb və ondan anası ilə bacılarını soruşub. Fəqan ona deyib ki, onlar Türkiyəyə gedib. Biz onların sərhədi keçmədiyini bildiyimiz üçün Fərhadla Fəqanın bu işdə əli olduğunu düşündük. Bundan sonra mən onların axtarışını saxlayıb Fərhadla Fəqanı axtarmağa başladım. Çünki biz uzun müddətdi onları tapa bilmirdik. Onların fotolarını efirdə yayımlayıb insanlardan kömək istədik. Fərhadın valideynləri də bizə məlumat vermədilər. Üç gün öncə öyrəndik ki, Fərhad Salyana gedib.

Dərhal ora yollandıq və onlarla yarım saatlıq söhbətimizdən sonra Fərhadla oğlu oradan da qaçdılar. Dünən efirdə onların Türkiyəyə getməsi iddiası da səsləndi, efir bitəndən sonra Fəqan mənə zəng etdi. O telefonda qışqıraraq "mənim anam, bacılarım heç vaxt Türkiyəyə gedə bilməz. Mən o qeyrətin sahibi deyiləm" dedi. Dürdanə də həmişə deyirdi ki, Fərhad onları öldürüb, bunu efirdə də demişdi. Bu gün xəbəri görəndə şok oldum".

X.Hidayətqızı bildirib ki, M.Əliyevanın bacısı Dürdanə müraciət edərkən Fərhadın içki düşkünü olduğunu, arvadı və qızlarına necə işgəncələr verdiyini danışıb. Böyük bacı İradənin 32 yaşı olub. M.Əliyevanın qızlarının heç biri ali təhsil almayıb və ailə qurmayıblar. M.Əliyeva isə paytaxtda evlərdə təmizlik işləri görərək qızlarını saxlayıb.

Bu proqram efirə gedəndən sonra Salyanda qatil-manyak və oğlu arasında mübahisə yaranıb. Salyan sakinlərindən biri deyib ki, ötən gün şəhərdəki ucuz kafelərdən birinin qarşısında manyak-qatillə oğlu arasında bərk mübahisə getdyini görüb. Belə ki, oğul harasa getmək istəsə də sərxoş halda olan atası ona “getmə” deyirmiş. Daha sonra mübahisə davaya çevrilib, kafenin pəncərəsinin şüşəsi sındırılıb. Mübahisə edənlər kafedən uzaqlaşıblar, hadisə yerinə polis gəlib. Lakin kafedəkilər bu mübahisənin səbəbi ilə maraqlanmayıblar. Manyak-qatillə oğlu nəhayət ötən gecə bərk sərxoş halda polisə gedərək törətikləri hadisəni etiraf ediblər.

Ana və qızlarının cəsədlərinin qalıqları hazırda Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Salyan Rayonlararası Zona Mərkəzinə aparılıb. Cəsədlərin Bakıdan gedən istintaq qrupunun iştirakı ilə müayinə olunacağı gözlənilir.

Məqalədə : Salyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru