Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
11:28
426
Sumqayıtla bağlı yeni kitab çapdan çıxıb - FOTO

Tarix üzrə fəlsəfə doktoru Ulduz Quliyevanın "Azərbaycan Respublikasının beynəlxalq iqtisadi-mədəni əlaqələrində Sumqayıtın iştirakı" adlı kitabı nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun FaktXəbər-ə verdiyi məlumata görə, institutun Elmi Şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru professor Həsən Əlibəylidir.

Monoqrafiyada Azərbaycan Respublikasında güclü iqtisadi, mədəni imkanlara, böyük sənaye potensialına malik olan Sumqayıt şəhərinin siyasi-iqtisadi, mədəni bazasının vəziyyəti və onun xarici aləmə çıxmaq imkanları açıqlanır. Sumqayıt şəhərində yerləşən müxtəlif profilli sənaye müəssisələrinin 1991-2005-ci illərdə dünyanın əksər ölkəsi ilə apardığı idxal-ixrac əməliyyatları konkret statistik faktlara əsaslanaraq təhlil olunur. Eyni zamanda mədəniyyətin müxtəlif sahələri üzrə Azərbaycanın beynəlxalq əlaqələrində Sumqayıtın rolu ətraflı şərh olunur.

Qeyd edək ki, U.Quliyeva iki dəfə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.

Məqalədə : Sumqayıt 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:16

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru