Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2017
11:23
6055
Tanınmış pedaqoq intihar edən şagirddən yazdı

«12 yaşlı məktəblinin intiharı dəhşətli xəbərdir. Bir çoxları səthi yanaşır bu məsələyə. Amma bu bir ailənin və ya uşağın problemi deyil. Rayonlarda valideynlər öz uşaqlarına çox az vaxt ayırır, uşaqları ilə maraqlanmırlar». FaktXeber.com-un məlumatına görə, bunu kəndləri gəzərək uşaqlara kitab paylamaq kimi kreativ ideyaları ilə mütəmadi gündəmə gələn və Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbində tarix müəllimi işləyən Həbib Əlizadə dünən intihar edən 12 yaşlı məktəbli ilə əlaqədar paylaşdığı statusunda deyir. Pedaqoqun sözlərinə görə, bu, çox ciddi məsələdir: 

- Valideyn-məktəb əlaqəsi nə qədər yaxşıdır, yəni məktəb uşağı və valideyni, valideyn isə müəllimi yaxından tanıyırmı?

- Məktəblərdə psixoloqlar uşaqlarla nə qədər maraqlanır və ya ümumiyyətlə məktəblərdə psixoloji xidmət varmı həqiqətən? 

- Valideynlər üçün hər hansı qurumlar tərəfindən davamlı seminarlar təşkil edilirmi və ya uzunmüddətli layihələr varmı?

Gənc müəllimin sözlərinə görə, bu siyahını artırmaq da olar.

Statusunun sonunda o, çox acınacaqlı bir hadisəni də qeyd edib: «Bu gün bir müəllim mənə dedi ki, bir çox valideyn övladının ayaqqabı ölçüsünü bilmir. Dedim bu hələ harasıdır, elə valideyn var ki, uşağının neçənci sinifdə oxuduğunu bilmir...»

Xatırladaq ki, Ağdaşda 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. 

Məqalədə : Həbib Əlizadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
215

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
164

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1162

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
140

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
697

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
720

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
312
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 08:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru