Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Dekabr

2017
16:50
1278
Ombudsman əməkdaşları hərbi hissələrdə olub

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Ağcabədi rayonu ərazisindəki hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, hərbi hissələrin bütün obyektlərinə, hərbi qulluqçuların yataqxanalarına, tədris otaqlarına, tibb məntəqələrinə, yeməkxanalarına, mətbəxlərə, ərzaq anbarlarına baxış keçirilib.

Hərbi qulluqçulara yaradılmış şərait, əşya təminatı, rəftar, qidanın keyfiyyəti, şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, hərbi qulluqçular üçün vətənpərvərlik və döyüş hazırlığı ilə bağlı tədbirlərin keçirilməsi müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı sualları cavablandırıblar.

Məqalədə : Futzal yığması 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2018 18:08

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru