Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2017
14:26
Səhiyyə Nazirliyi Gürcüstana cavab verdi

“Kim özünü reklam edib reytinq yığırsa, bu, onun öz işidir. Gürcüstana bizim təcrübəli mütəxəssislər dəvət olunur və onların da xəstələri transplantasiya üçün məhz Azərbaycana gəlirlər. Ona görə də bu kimi qərəzli yanaşmalar ölkə səhiyyəsində baş verən irəliləyişlərə və nailiyyətlərin üzərinə kölgə sala bilməz”.

Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Tbilisidəki “New Hospitals” Klinikasının direktoru Nika Okriaşvilin Azərbaycan səhiyyəsi ilə bağlı səsləndirdiyi neqativ fikirlərə münasibət bildirərkən deyib.

“Əgər xəstələr öz həyatını həkimlərə yox, tibbi biliyi olmayan taksi sürücülərinə etibar edirsə, bu, onların problemidir”, - nazirlik rəsmisi söyləyib.

Qeyd edək ki, klinika direktoru Nika Okriaşvili çıxışında Azərbaycandan 8 minə yaxın xəstənin məhz onların klinikasına müalicəyə gəldiyini aşağılayıcı formada bildirib.

Məqalədə : Səhiyyə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
262

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
365

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1253
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 06:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru