Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Dekabr

2017
15:15
1437
`Məktəblərdə siqaretə vərdişlə bağlı vəziyyət pisdir`
Deputat Naqif Həmzəyev: "Bu ciddi narahatlıq doğurmaya bilməzdi"

Statistika göstərir ki, indi tütün hər 13 saniyədə bir insanın, il ərzində 6 milyon insanın həyatına son qoyur. Ümumdünya təcrübəsi göstərir ki, siqaretlə mübarizədə maarifçilik və digər təbliğat tədbirləri ilə yanaşı, inzibati qadağalar, imperativ normaların tətbiq olunması da zəruridir. Bu mənada, tütün məmulatlarından istifadə edənlərin sayının azalması ölkəmizdə diqqət mərkəzindədir. 11 ilə yaxın müddət ərzində gündəmdə olan məsələlərdən biri də ictimai yerlərdə tütün və tütüm məmulatlarından istifadəyə qadağa qoyulması idi. Müvafiq qanun layihəsi parlamentdə dəfələrlə müzakirə edilib. Nəhayət ki, bu həlledici qanun layihəsi son oxunuşda qəbul olundu. Bu, çətin də olsa ciddi addım idi. 

FaktXeber.com-un məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsinin üzvü, deputat Naqif Həmzəyev bildirib. O qeyd edib ki, siqaretdən istifadə ilə bağlı cəmiyyətimizdə xoşagəlməz hallar, xüsusən də qadınların, yeniyetmələrin tütün məmulatlarından istifadə etmələrini müşahidə edirik: 

“Bu da ciddi narahatlıq doğurmaya bilməzdi. Ona görə də Azərbaycanda bütün ictimai yerlərdə siqaretin və digər tütün məmulatlarının istifadəsini qadağan edən qanunvericilik sənədinin qəbul olunması cəmiyyət tərəfindən birmənalı qarşılandı. Siqaret çəkən insanların əksəriyyəti öz ziyanlı vərdişindən əl çəkə bilmir, onun sağlamlıq üçün həqiqi ziyanını anlamırlar. Təəssüflər olsun ki, indiyə qədər tütün məmulatlarının reklamı aparılırdı. Bu da xüsusilə gənclərin, yeniyetmələrin siqaretə marağını artırırdı. Qəbul edilən qanun layihəsi yetkinlik yaşına çatmayanlara siqaret çəkməyi qadağan edir. Qanuna əsasən televiziyalarda verilən filmlərdən siqaretin reklamı götürüləcək. Ümumilikdə, siqaretin açıq reklamı qadağan olunacaq. Düşünürəm ki, xüsusilə təhsil müəssisələrində bu istiqamətdə maarifləndirmə işləri daha çox aparılmalıdır. Siqaretə vərdişl bağlı orta təhsil müssisələrində vəziyyət ürəkaçan deyil. Yeniyetmələrimizin bu zərərli vərdişə meyli artıb. Ümid edək ki, ciddi maarifləşdirmə işi aparıldıqdan sonra siqaret çəkənlərin sayı azalacaq. Tütün məmulatlarından az istifadə edilsə həm ekologiya təmiz qalır, həm də əhalinin sağlamlığına müsbət təsir edər. Qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasında mühüm addım oldu. Bu yöndə maarifləndirmə işlərini gücləndirməsi də zəruri məsələlərdəndir”.

Qeyd edək ki, Milli Məclis uzun müddət müzakirələrdən sonra dekabrın 1-də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Layihəyə görə Azərbaycanda bir sıra yerlərdə, o cümlədən təhsil müəssisələri yaxınlığında siqaretdən, sulu qəlyandan və elektron siqaretdən istifadə qadağan edilir. 

Məqalədə : siqaret 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru