Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

30 Noyabr

2017
16:20
1212
Nazirlər Kabinetinin geniş iclası keçirilib

Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.

Bu məqsədlə iclasda növbəti il üçün Nazirlər Kabinetinin iş planına daxil olan təkliflərə baxılaraq müzakirə edilib və Prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın müvafiq bəndinə əsasən, Nazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planının təsdiq edilməsi barədə qərar qəbul edilib.

Məqalədə : Nazirlər Kabineti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru