Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

30 Noyabr

2017
14:33
957
Bütün şəhərin əhalisi bir binada yaşayır - FOTO

ABŞ-ın Alyaska ştatının Uitter şəhəri qeyri-adiliyi ilə seçilir. Bu şəhərin əhalisi Valdiz-Kordovadan köçürülüb. Şəhər Kenay yarımadasının şimal-şərqində, Vilhelm körfəzinin sahilində yerləşir. Şəhərin ərazisi 51 km2-dir. Bunun 32.4 km2 quru sahə, 18.6 km2 isə ərazi sularıdır.

Amma bütün bunlar şəhərin qeyri-adiliyi barədə heç nə demir.

FaktXəbər-in məlumatına görə, bu şəhərin ümumilikdə 220 nəfər əhalisi var və nə qədər qəribə olsa da, bütün şəhər əhalisi 14 mərtəbəli keçmiş hərbi yataqxana binasında yaşayır. Bina 1956-cı ildə tikilib. "Begich Towers" adlı binada şəhər əhalisi üçün lazım olan bütün dövlət orqanları - polis idarəsi, xəstəxana, kilsə və camaşırxana yerləşir.

Şəhər 1964-cü ildə Böyük Alyaska zəlzələsi nəticəsində yaranan güclü sunami dalğalarından ciddi şəkildə zərər görüb.  Sunami nəticəsində 13 nəfər ölüb. Məlumata görə, dalğaların hündürlüyü 13 m olub.

220 nəfərlik əhalinin 153 nəfəri ağdərili, 1 nəfər afroamerikalı, 12 nəfər hindu, 17 nəfər asiya əsilli, 7 nəfər Sakit okean hövzəsi mənşəli, 30 nəfər isə qarışıq irqə məxsusdur.

Şəhərin dəniz limanı var. 2 ədəd təkmatorulu, 451x18 metrlik enmə-qalxma zolağı olan aeroport da fəaliyyət göstərir. Amma bura da qış fəslində təyyarələr üçün əlverişli deyil, çünki tamamilə qar və buzla örtülü olur. Bundan əlavə, hidrotəyyarələr üçün də liman var.

Quru vasitəsi ilə şəhərə Portaj-Qleyşer şossesi vasitəsi ilə daxil olmaq olar. Bu şosse ilə paralel dəmir yol xətti də keçir və şəhərdə Alyaska ştatının dəmir yollarının cənub terminalı yerləşir.

Məqalədə : Alyaska 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru