Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

30 Noyabr

2017
12:49
1209
MTN-in intihar etmiş polkovnikinin əmlakı üzərindən həbs götürülməyib

Bakı Hərbi Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik leytenant Rafiq Səfərovun əmlakı ilə bağlı da qərarı açıqlayıb. 

APA-nın xəbərinə görə, MTN generalı Elçin Quliyev və Azər Mehdiyevə elan olunan hökmdə göstərilib ki, Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən 250 min manat dəyərində mülkü cinayət yolu ilə əldə edildiyindən əmlakın üzərindən həbs götürülməməlidir.

Həmçinin, həbs olunduqdan sonra istintaq təcridxanasında İntihar etmiş MTN polkovniki İlqar Əliyevin də əmlakının üzərində həbs götürülməyib.

R. Səfərov MTN generalının işində şahid qismində tanınıb.

Qeyd edək ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə hökm oxunub. Hökmə əsasən, Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə : İlqar Əliyev MTN generalı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru