Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

30 Noyabr

2017
12:04
3498
MTN generalına hökm oxundu, 7 milyonluq əmlak müsadirə edildi

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Dövlət ittihamçısı Elçin Quliyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini, təqsirləndirilən şəxslərin rütbələrinin alınması və əmlaklarının zərərçəkənin xeyrinə müsadirə edilməsini, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə və zərərçəkənlərə vurulan ziyanın tam ödənilməsini istəmişdi.

Məhkəmənin hökmü ilə E.Quliyev 10 il 6 ay və A.Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, onların hərbi rütbədən məhrum olunması üçün ölkə başçısına təqdimat göndərilməsi ilə bağlı qərar da qəbul edilib.

Həmçinin, təqsirləndirilən şəxslərə qarşı 7 milyon manata yaxın mülki iddia da təmin edilməyib. Onların əmlakları dövlətin xeyrinə müsadirə olunması haqqında qərar qəbul olunub.

Məqalədə : MTN generalları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 23:36

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru