Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Noyabr

2017
20:37
801
Çavuşoğlu: Təcili ehtiyacımız var
"NATO Türkiyəyə müdafiə sistemləri verməmək üçün müqavimət göstərir"

İtaliya Xarici İşlər naziri Angelino Alfano ilə görüşdən sonra Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu həmkarı ilə birgə mətbuat konfransı keçirib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Çavuşoğlu bildirib ki, siyasi həll, terrorla mübarizə, Milli Dialoq Konqresinin vəzifəsi və tərkiblər kimi məsələlərin müzakirə olunduğu Soçi görüşündə tərəflər Suriyanın ərazi və sərhəd bütövlüyü ilə suverenliyini dəstəkləyiblər. Çavuşoğlu, Türkiyənin Suriyadakı siyasi həllin həqiqi sahibinin də Suriya xalqı olduğunu vurğuladığını bildirib.

Daha sonra Türkiyə ilə NATO arasında yaranan böhrana toxunan Çavuşoğlu belə deyib:  

"Biz, Türkiyə olaraq hava məkanımızı qorumaq istəyirik, çünki çox ciddi təhdidlər var. Əsasən hava məkanımızı qorumaq və ya təhlükəsizliyimizi təmin etmək üçün ehtiyac duyduğumuz havadan müdafiə sistemi, o cümlədən digər ehtiyaclarımızı ödəmək üçün NATO üzvü olan ölkələrə üstünlük veririk. Lakin son zamanlar NATO müttəfiqi olan ölkələrdən bəziləri adi silahlar, o cümlədən ehtiyacımız olan müdafiə sistemlərini Türkiyəyə verməmək üçün ciddi müqavimət göstərirlər. Bizim havadan müdafiə sistemimizi qurmağımız lazımdır. Müttəfiqlərdən də ala bilmirik. O zaman mütləq başqa bir yerdən almaq məcburiyyətindəyik. Təcili ehtiyacımız var".

Məqalədə : Çavuşoğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:48

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru