Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2017
18:10
Lavrov Ermənistandan pessimist Dağlıq Qarabağ açıqlaması verdi

Azərbaycana etdiyi rəsmi səfərdən sonra Ermənistana gedən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilk öncə qondarma soyqırım abidəsinə baş çəkib.

FaktXəbər-in Ermənistan mediasına istinadən verdiyi məlumata görə, rusiyalı diplomat erməni həmkarı Edvard Nalbandyanla görüşüb. Danışıqlarda əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları müzakirə olunub.

Görüşdən sonra jurnalistlər önünə çıxan Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini gözləməyə dəyməz

"Münaqişə olduqca mürəkkəbdir. Problem çətindir və fövqəladə optimizm gözləməyə dəyməz. Danışıqların təcrübəsi göstərir ki, o tezliklə başa çatmayacaq. Lakin münaqişənin tənzimlənməsi üçün bütün komponentlər mövcuddur. Bu komponentlər 2007-ci ildən başlayaraq, bütün sənədlərdə var. Onlardan hər hansı birini götürüb, “gəlin bu barədə razılığa gələk”, - demək çox çətindir. Balanslaşdırıcı komponentlərin ümumi təkliflər paketindən çıxarılmasına yol vermək olmaz”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Lavrov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 15:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com