Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Noyabr

2017
11:50
12342
Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib

“Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib”.  

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali təhsildən gözləntilər” adlı seminarda deyib. Şöbə müdiri bildirib ki, bunlardan 4-ü texniki və texnoloji, 4-ü isə təbiət ixtisasları qrupuna aiddir. Həmin xtisaslar üzrə minimal keçid balı 250-dir. 

Onun sözlərinə görə, gələcəkdə zərurət yarandığı halda bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər.

Y. Piriyev gələcəkdə ali təhsil proqramlarının kolleclərdə tətbiqinin nəzərdə tutulduğunu qeyd edib: “Hazırda ixtisasların təsnifatı hazırlanır. Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya edilməlidir. Burada məqsəd bakalavr ali təhsilinə keçidi təmin etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın”.(APA)

Məqalədə : Təhsil Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru