Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2017
17:50
3239
“Tesla Motors” elektriklə işləyən ilk pilotsuz yük avtomobilini nümayiş etdirib - FOTO-VİDEO

“Tesla Motors” kompaniyası elektriklə işləyən ilk pilotsuz yük maşınını və yeni yüngül idman avtomobilini nümayiş etdirib.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, təqdimat kompaniyanın ABŞ-ın Kaliforniya ştatında yerləşən Hotorn şəhərindəki meydançasında keçirilib.

“Tesla Motors” kompaniyasının banisi və icraçı direktoru İlon Maskın sözlərinə görə, elektriklə işləyən yük maşınının hazırlanması kompaniyanın iqtisadiyyatın ənənəvi yanacaqdan azad edilməsi istiqamətində növbəti addımıdır. Avtomobil avtopilot sistemi ilə təchiz olunub və kortejdə müstəqil hərəkət edir. Dəstədəki yalnız birinci maşın üçün sürücü lazım gəlir ki, bu da yükdaşımalarını xeyli ucuzlaşdırır.

“Semi Truck” yük avtomobili enerji əlavə olunmadan 800 kilometrə qədər yol qət edir, daha 650 kilometr məsafə üçün isə cəmi yarım saatlıq enerji toplaması kifayətdir. O, 36 tonluq maksimal yüklə saatda 100 kilometrlik sürəti 20 saniyəyə, yüksüz isə cəmi 5 saniyəyə yığa bilir.

İstehsalına 2019-cu ildə başlanacaq yük maşınlarının qiyməti açıqlanmır.

Mask, həmçinin elektriklə işləyən yeni yüngül idman avtomobilini də təqdim edib. Yeni “Tesla Roadster” modeli 2 saniyədən də az bir müddət ərzində saatda 100 kilometr sürət yığa biləcək. Onun maksimum sürəti isə saatda 400 kilometrə çatacaq. Enerji əlavə olunmadan 1000 kilometrə qədər məsafə qət edə bilən və satışına 2020-ci ildə başlanması nəzərdə tutulan “Tesla Roadster” modelinin ilk min ədədinin qiyməti 200 min dollar olacaq.

Məqalədə : Tesla 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
534

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
387

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
409

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
449

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
479

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
454

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1051

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
848
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 02:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru