Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
21:22
603
İqtisadiyyat Nazirliyi innovasiya müsabiqəsi elan edib

Azərbaycan İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edib.

FaktXəbər bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Müsabiqəyə iqtisadi (innovativ start-up, ən yaxşı innovativ biznes inkubatorlar, innovativ istehsal metodları, elmi və yüksək texnoloji avadanlıqlar və bu sahədə yeni mexanizmlər, səmərəli elm tutumlu istehsal və istehlak modelləri, daha az kapital tutumlu infrastruktur, sənaye sahəsində nanotexnologiyaların tətbiqi ilə texniki imkanların artırılması mexanizmi, nanomateriallar və nanotexnologiyalar), sosial (innovativ sosial xidmətlər, səhiyyə, təhsil və qida təhlükəsizliyi, cəmiyyətin bütün qruplarının cəlb edilməsi üçün fəal ictimai proqramlar, mədəni və təbii irsin qorunması, yaşayış məntəqələrinin planlaşdırılması və idarə edilməsi, urbanizasiya, turizm sahəsində innovativ fəaliyyət) və ekoloji (yaşıl iqtisadiyyat, təmiz və ekoloji baxımdan uyğun texnologiyaların tətbiqi, ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi, enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə, iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik, dəniz və sahilyanı ekosistemlər, yer və daxili təmiz su ekosistemləri, meşələrin qorunması, bərpası və dayanıqlı istifadəsi, biomüxtəlifliyin qorunması) sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur.

Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini və şəxsiyyəti təsdiq edən sənədin surətini 2017-ci ilin 5 dekabr tarixinədək bilavasitə İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi) və ya electron poçt ([email protected],[email protected]) ünvanlarına təqdim edə bilərlər. Layihələri eyni zamanda www.ideyabanki.com internet səhifəsində qeydiyyatdan keçib, "2017-İnnovasiyalar" müsabiqəsini seçməklə təqdim etmək mümkündür.

Müsabiqənin qalibləri I yer – 3 000 manat, II yer – 2 000 manat, III yer – 1 000 manatla mükafatlandırılacaq.

Bundan başqa, müsabiqə çərçivəsində bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə Komissiya tərəfindən müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcək.

Məqalədə : iqtisadiyyat Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru