Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Noyabr

2017
11:03
471
Bu il Ceyhan limanından 21 mln. ton neft dünya bazarına çıxarılıb

Bu ilin oktyabr ayı ərzində 1 895 356 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Məlumatda bildirilir ki, bu həcmin 1 201 814 tonunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 036 310 ton təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 14,6% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340,871 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Məqalədə : Ceyhan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru