Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Noyabr

2017
11:46
639
ABŞ və Rusiya liderləri Suriyaya dair birgə bəyanatla çıxış ediblər

“Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Bu barədə Vyetnamda keçirilən Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq Təşkilatı (APEC) sammitində bir araya gələn ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatında qeyd edilib.

Vladimir Putinin sözçüsü Dimitri Peskov bildirib ki, liderlər sammit çərçivəsində bir araya gələrək Suriya məsələsinə dair birgə bəyanatla çıxış etməyə razılıq veriblər.

Tərəflər İŞİD terror təşkilatı ilə birgə mübarizənin davam etdirilməsi və təhlükəli halların qarşısının alınması üçün birgə əməkdaşlıq kanallarının qurulmasına dair razılığa gəliblər.

Bəyanatda Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi əsas prinsip olaraq qeyd edilib. Bütün tərəflər BMT-nin himayəsi altında Cenevrədə təşkil edilən sülh danışıqlarına dəvət edilib.(Apa)

Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru